İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması davam etdirilir - FHN

22:35 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən hafta.az-a bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.